“Milan”da iki ayrılıq
Bakı, 28 iyun , Tsport.az
İtaliya nəhəngi “Milan” hücum xəttində dəyişikliklərə start verib. Klubun mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, portuqaliyalı forvard João Félix və italiyalı cinah oyunçusu Riccardo Sottil komandadan ayrılıblar.
Tsport.az xəbər verir ki, hər iki futbolçunun icarə müddəti başa çatıb.
João Félix 2025-ci ilin fevralında İngiltərənin “Chelsea” klubundan icarəyə gəlmişdi. O, “Milan” forması ilə ümumilikdə 21 oyuna çıxaraq 3 qol və 1 assistlə yadda qalıb. Riccardo Sottil isə “Fiorentina”dan icarəyə götürülmüş və 8 matçda meydana çıxmışdı.