“Milan”dan inamlı qələbə
Bakı, 12 aprel, Tsport.az
İtaliya Serie A çempionatının XXXII turu çərçivəsində keçirilən qarşılaşmada “Milan” səfərdə “Udinese” komandasına qarşı inamlı qələbə qazanıb.
Tsport.az xəbər verir ki, Stadio Friulidə baş tutan görüşdə Stefano Piolinin yetirmələri rəqib qapısından 4 cavabsız top keçirərək turnir cədvəlində irəliləyiblər.
Bu nəticə ilə “Milan” xallarını 51-ə yüksəldib və 9-cu sırada qərarlaşıb. “Udinese” isə 40 xalla 11-ci pillədədir.