“Milan”ın 2025/26 mövsümü üçün səfər forması təqdim olundu
Bakı, 3 iyul , Tsport.az
İtaliyanın nəhəng klubu “AC Milan” yeni mövsüm üçün səfər formasını ictimaiyyətə təqdim edib.
Tsport.az xəbər verir ki, forma əsasən ağ rəngdə hazırlanıb və üzərində qara və qırmızı detallarla bəzədilib. Sponsor yazısı qara, klub atributları isə qırmızı rənglə vurğulanıb.
Formanın yaxasında “Diavoletto” – yəni “kiçik şeytan” emblemi yer alıb. Bu, klubun ləqəbi olan “Rossoneri”nin (Qırmızı-Qaralar) simvolik mənasını daşıyır.


