“Milan”ın hücumçusu karyerasını “Barcelona”da davam etdirə bilər
Bakı, 17 mart, Tsport.az
“Milan”ın hücumçusu Rafael Leao, karyerasını “Barcelona”da davam etdirə bilər.
Tsport.az xəbər verir ki, futbol agenti Jorge Mendes, 25 yaşlı portuqaliyalı oyunçunun transferi ilə bağlı Kataloniya klubunun prezidenti Xuan Laporta ilə görüşüb və razılığa gəlib. Hazırda tərəflər müqavilənin şərtləri üzərində işləyirlər.
Qeyd edək ki, R.Leao bu mövsüm “Milan”ın heyətində 39 matçda 10 qol və 9 məhsuldar ötürmə ilə çıxış edib.