Dünya Futbolu

“Milan”ın müdafiəçisi Kyle Walker əməliyyat olunub

Bakı, 9 aprel, Tsport.az

“Milan”ın müdafiəçisi Kyle Walker əməliyyat keçirib.

Tsport.az xəbər verir ki, Walkerin dirsəyindəki sınıq səbəbilə cərrahiyyə müdaxiləsi həyata keçirilib. 34 yaşlı futbolçunun əməliyyatı uğurla keçib və onun yaxın zamanlarda reabilitasiyaya başlayacağı bildirilib.

Bu mövsüm ərzində Kyle Walker “Milan”ın heyətində 12 qarşılaşmada meydana çıxıb.