Milanlı futbolçu İngiltərəyə transfer olunur
Bakı, 21 avqust , Tsport.az
“Milan“ın hücumçusu Noah Okafor karyerasını İngiltərənin “Leeds United” klubunda davam etdirəcək.
Tsport.az xəbər verir ki, 25 yaşlı isveçrəli futbolçu ilə 2029-cu ilin yayınadək müqavilə imzalanıb.
“Transfermarkt” portalına görə, Okaforun transfer dəyəri 19 milyon avro təşkil edir.
Qeyd edək ki, ötən mövsüm Okafor 21 oyunda iştirak edərək 1 qol və 2 məhsuldar ötürməyə imza atıb.