Dünya Futbolu

Milli futbolçu qalmaqaldan sonra “Lill”in heyətinə qayıdıb

Bakı, 15 oktyabr, Tsport.az

Türkiyə millisinin düşərgəsini bazar günü qəfil tərk edən və ölkəsində mübahisələrə səbəb olan qapıçı Berke Özer, bu həftə “Lill” klubunun məşqlərinə yenidən qoşulacaq.

Tsport.az xəbər verir ki, komanda bazar günü keçiriləcək “Nant” – “Lill” oyununun hazırlığını davam etdirir. Millidən qayıdan bəzi futbolçular artıq çərşənbə günü Luşin bazasında məşqə çıxıblar, digərləri isə cümə axşamı kollektivə qoşulacaq.

Berke Özer də həmin futbolçular arasında olacaq. Qolkiper, Türkiyə millisində yaşanan gərgin günlərin ardından klubuna dönərək komandanın hazırlıq prosesində iştirak edəcək.