Azərbaycan Futbolu

Millimiz bu gün ikinci yoxlama oyununa çıxacaq

Bakı, 21 iyun , Tsport.az 

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama görüşünə çıxacaq.

Tsport.az xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Binə stadionunda təşkil olunacaq oyun saat 18:00-da başlanacaq.

Qeyd edək ki, bu komandalar arasında iyunun 19-da keçirilən ilk matçda Azərbaycan millisi 3:2 hesablı qələbə qazanıb.