Millimiz heç-heçə ilə kifayətləndi
Bakı, 9 sentyabr , Tsport.az
Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. B qrupunda yer alan komandamız Bakıda Bolqarıstan yığmasını qəbul edib.
Tsport.az xəbər verir ki, “Dalğa Arena”da baş tutan görüş 1:1 hesabı ilə başa çatıb. U-21 millimizin yeganə qolunu 41-ci dəqiqədə Emin Rüstəmov vurub. Qonaqlar isə cəmi üç dəqiqə sonra Nikola İliyevin qolu ilə hesabı bərabərləşdiriblər.
Qeyd edək ki, millimiz qrupda növbəti oyununu oktyabrın 10-da səfərdə Çexiya yığmasına qarşı keçirəcək.
Aytac Mustafayeva