Millimizin baş məşqçisi bəlli oldu
Bakı, 25 iyun , Tsport.az
25 iyun 2025-ci il tarixində SOCAR-ın inzibati binasında keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında futzal üzrə A milli komandanın baş məşqçisi məsələsinə baxılıb.
Tsport.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının təqdimatına əsasən, “Araz-Naxçıvan”ın baş məşqçisi Yevgeni Kukseviç millinin yeni baş məşqçisi, Aleksey Kudlay isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təyin edilib. Hər iki mütəxəssislə bir illik müqavilə imzalanıb.