Millimizin dünya çempionatı üçün yeni formaları-VİDEO
Bakı, 13 aprel, Tsport.az
Millimizin Dünya Çempionatı üçün formaları təqdim olunub.
Tsport.az xəbər verir ki, 21 May – 1 İyun tarixlərində Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında millimizin geyinəcəyi formalar təqdim olunub.
Xatırladaq ki, milli komandamız dünya çempionatında A qrupunda yer alıb. Komandamız ilk oyununu mayın 21-də saat 20-30-da Bəhreyn yığmasına qarşı keçirəcək. Oyunlar Milli Gimanstika Arenasında keçiriləcək.