Azərbaycan Futbolu

Millimizin heyətində dəyişikliklər

Bakı, 8 sentyabr ,  Tsport.az 

Azərbaycan milli komandasının heyətində dəyişikliklər baş verib. 

Tsport.az xəbər verir ki, yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandamızın heyətinə qoşulublar. Onların əvəzinə Rüstəm Əhmədzadə (“Sumqayıt”) və Abdulla Xaybulayev (“Sabah”) A milliyə cəlb olunublar. 

Qeyd edək ki, sentyabrın 9-da A milli DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq.

Aytac Mustafayeva