Azərbaycan Futbolu

Millimizin heyəti açıqlandı

Bakı, 13 mart, Tsport.az

Azərbaycan milli komandasının martın 22-də Haiti və 25-də Belarus yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib. Millimizin baş məşqçisi Fernando Santos AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya çağırdığı futbolçuların adlarını açıqlayıb.

Tsport.az xəbər verir ki, Portuqaliyalı mütəxəssis martın 17-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:

Heyət:

S.Ad/SoyadKlub
1Rza CəfərovNeftçi
2Şahrudin MəhəmmədəliyevQarabağ
3Aydın BayramovZirə
4Amin SeydiyevSabah
5Mert ÇelikSəbail
6Bəhlul MustafazadəQarabağ
7Bədavi HüseynovQarabağ
8Rahil MəmmədovRadomiak Radom (Polşa)
9Zamiq ƏliyevEqnatia (Albaniya)
10Rəhman DaşdəmirovSabah
11Elvin CəfərquliyevQarabağ
12Aleksey İsayevQarabağ
13Coşqun DiniyevÇorum (Türkiyə)
14Elvin CamalovNeftçi
15Şahin ŞahniyarovQəbələ
16İsmayıl İbrahimliZirə
17Səbuhi AbdullazadəSumqayıt
18Ozan Can KökçüHJK (Finlandiya)
19Toral BayramovQarabağ
20Nəriman AxundzadəQarabağ
21Xəyal ƏliyevSabah
22Renat DadaşovRadomiak Radom (Polşa)
23Ağadadaş SalyanskiNeftçi
24Mahir EmreliNürnberq (Almaniya)
25Musa QurbanlıQarabağ

Qeyd edək ki. millimiz martın 22-də Haiti ilə 25-də Belarusya ilə qarşılaşacaq.

Bahar Rüstəm