Millimizin İslandiya və Fransa ilə ev oyunlarının məkanı açıqlanıb
Bakı, 28 iyul , Tsport.az
Azərbaycan milli futbol komandası dünya çempionatının seçmə mərhələsində keçirəcəyi son iki ev oyununun məkanı müəyyənləşib. D qrupunun həlledici qarşılaşmalarında yığmamız İslandiya və Fransa ilə Bakıdakı iki fərqli stadionda üz-üzə gələcək.
Tsport.az xəbər verir ki, Azərbaycan – İslandiya oyunu 13 noyabr tarixində **”Neftçi Arena”**da baş tutacaq. Azərbaycan – Fransa qarşılaşması isə 16 noyabrda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Hər iki görüşün start fiti saat 21:00-da səslənəcək.
Qeyd edək ki, bu matçlar D qrupunun son turları çərçivəsində təşkil olunur.