Dünya Futbolu

Millinin baş məşqçisi yaşıl meydanlardan uzaqlaşıb

Bakı, 23 aprel, Tsport.az

Braziliya millisinin sabiq baş məşqçisi Adenor Leonardo Bacchi (Tite) sağlamlıq durumu ilə əlaqədar olaraq karyerasına müvəqqəti fasilə verib.

Tsport.az xarici mediaya istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis ötən il ürək problemi səbəbilə xəstəxanaya yerləşdirilib və bu hal onun gələcək planlarına təsir göstərib.

Tite 2016–2022-ci illərdə Braziliya yığmasının baş məşqçisi olub və 2019-cu ildə komandaya Amerika Kubokunu qazandırıb. Son olaraq doğma ölkəsinin klublarından olan “Corinthians” tərəfindən təklif alsa da, səhhətindəki narahatlıqlar səbəbilə danışıqlar dayandırılıb.

Tanınmış mütəxəssis hazırda bərpa prosesinə diqqət yetirir və futbola nə vaxt dönəcəyi naməlum olaraq qalır.