Futzal

Millinin heyətində dəyişiklik

Bakı, 5 mart, Tsport.az

AVRO-2026-nın əsas mərhələsi çərçivəsində martın 11-də Afinada Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir.

Tsport.az xəbər verir ki, hazırlıq prosesinə cəlb olunan futzalçıların siyahısında dəyişiklik olunub. Baş məşqçi Vitali Borisovun qərarı ilə Seymur Məmmədovun əvəzinə toplanışa “Baku Fire”in üzvü Fərid Abbasov qatılıb.

Qeyd edək ki, baş məşqçi Vitali Borisov milliyə 3-ü qapıçı olmaqla, 16 futzalçı dəvət edib.