Futzal

Millinin toplanış üçün heyəti

Bakı, 4 aprel, Tsport.az

Avropa çempionatının əsas mərhələsi çərçivəsində aprelin 11-də səfərdə İsveçlə, 4 gün sonra – aprelin 15-də Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.

Tsport.az xəbər verir ki, komanda aprelin 6-dan 8-dək Bakıda hazırlıq keçəcək. Baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla ümumilikdə 15 futzalçıya dəvət göndərib.

 №Ad/Soyad Klub
1Emin KürdovAraz-Naxçıvan
2Rövşən HüseynliAstana, Qazaxıstan
3Kamran HacıyevBaku Fire
4Novruz KazıxanovAraz-Naxçıvan
5Xəzər AğalızadəAraz-Naxçıvan
6Mirzə ƏmirovNeftçi İK
7Fərid AtakişiyevNeftçi İK
8Tofiq MikayılovBaku Fire
9Oktay RüstəmliBaku Fire
10Murad QuluzadəBaku Fire
11Nihad İsmayılovBaku Fire
12Emil HəsənzadəNeftçi İK
13Kənan ManafovBaku Fire
14Nurlan MehdizadəBaku Fire
15Eldar ZeynalovNeftçi İK