Futzal

Millinin toplanışı başlayıb

Bakı, 3 mart, Tsport.az

AVRO-2026-nın əsas mərhələsi çərçivəsində növbəti oyununu martın 11-də, saat 21:00-da Afinada Yunanıstan yığmasına qarşı keçirəcək Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb. Bugündən etibarən futzalçılarımız martın 8-dək Bakıda hazırlıq keçəcək.

Tsport.az xəbər verir ki, baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərib. Millimiz səfərə martın 9-da çıxacaq.

Ad, soyadKlub
1Emin KürdovAraz-Naxçıvan
2Rövşən HüseynliAstana (Qazaxıstan)
3Novruz KazıxanovAraz-Naxçıvan
4Emil HəsənzadəNeftçi İK
5Xəzər AğalızadəAraz-Naxçıvan
6Tofiq MikayılovBaku Fire
7Kənan ManafovBaku Fire
8Oktay RüstəmliBaku Fire
9Nihad İsmayılovBaku Fire
10Fərid AtakişiyevNeftçi İK
11Ülvi ƏliyevAraz-Naxçıvan
12Eldar ZeynalovNeftçi İK
13Seymur MəmmədovKlubsuz
14Nurlan MehdizadəBaku Fire
15Kamran HacıyevBaku Fire
16Murad QuluzadəBaku Fire