Azərbaycan FutboluMüsahibə

“Milliyə dəvət həm sevindiricidi, həm də qürurvericidir” -Aydın Bayramov 

Bakı, 24 may , Tsport.az 

Bu sözləri millimizin üzvü Aydın Bayramov deyib. Azərbaycan millisinin Latviya və Macarıstanla keçiriləcək yoldaşlıq görüşlərinin heyəti açıqlanıb. Heyətə çağırılan “Zirə”nin üzvü Aydın Bayramov filirlərini bizimlə bölüşüb:

“Təbii ki,mən milliyə dəvət olunduğum üçün çox xoşbəxtəm.Fikrimcə milliyə dəvət həm sevindiricidi, həm də qürurvericidir. Qarşıdakı oyunlarda inşallah hər birimiz çox səy göstərərək çalışacağıq ki, yaxşı nəticə göstərək və millimizə uğurlu nəticələrlə qələbə qazandıraq.

Stabil şəkildə milliyə çağırılırsınız amma baş məşqçi sizə şans vermir. Sizcə bu nə ilə əlaqəlidir?

-Əslində bu mövzu haqqında nəsə demək  çətindir.Məşqçilər korpusunun qərarıdır.Mən bu qərara hörmətlə yanaşıram.Mənim öhdəliyimə düşən məşqlərdə  maksimum dərəcədə çalışıb özümü milliyə sübut edə bilməkdir.Özüm oyunda olmadığım hallarda isə öz milli komandamıza lazımi dəstək  olmaqdır.

Bahar Rüstəm