Mimai Qran-prisinin seçmə mərhələsinin qalibi bəlli olub
Bakı, 4 may, Tsport.az
“Red Bull” komandasının niderlandlı pilotu Max Verstappen “Formula 1” üzrə 2025-ci il dünya çempionatının altıncı mərhələsi – Miami Qran-prisinin seçmə mərhələsinin qalibi olub.
Tsport.az xəbər verir ki, o, poul mövqeyini əldə edərək yarışa ilk sıradan başlayacaq.
İkinci yeri “McLaren”in britaniyalı sürücüsü Lando Norris tutub. Üçüncü yerdə isə “Mercedes”in gənc italiyalı pilotu Kimi Antonelli qərarlaşıb.
Qeyd edək ki, Lando Norris daha öncə keçirilən sprint yarışında qalibiyyət qazanmışdı.