“Mingəçevir” Rüstəm Nuriyevi transfer etdi
Bakı, 17 iyul, Tsport.az
“Mingəçevir” Futbol Klubu yeni mövsüm üçün heyətini gücləndirmək istiqamətində daha bir addım atıb.
Tsport.az xəbər verir ki, bölgə təmsilçisi müdafiəçi Rüstəm Nuriyevi transfer edib.
Müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Təcrübəli oyunçu son olaraq “Zaqatala” klubunun formasını geyinib.