Mirnuray Abasova 3-cü MDB Oyunlarında bürünc medal qazandı!
Bakı, 2 oktyabr, Tsport.az
Ölkəmizdə keçirilən 3-cü MDB Oyunlarında qılıncoynatmanın şpaqa növündə qızların şəxsi yarışında mübarizəyə start verilib.
Tsport.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışda qrup mərhələsini 3 qələbə ilə başa vuran Mirnuray pley-offda Belarus təmsilçisi Aqata Tsarkovanı 15:12 hesabı ilə məğlub edərək ən güclü səkkizliyə yüksəlib. 1/4 finalda rusiyalı Anastasiya İlyuşenkonu 15:13 hesabı ilə mübarizədən kənarlaşdıran Mirnuray Abasova yarımfinala yüksəlməklə bürünc medalı təmin edib. Mirnuray finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Rusiya şpaqaçısı Anastasiya Zabelinaya 14:15 hesabı ilə uduzub.