Misli Premyer Liqası XXXV tura bu gün start verir
Bakı, 17 may, Tsport.az
Bu gün, mayın 16-da, Misli Premyer Liqasında XXXV turun ilk üç qarşılaşması keçiriləcək.
Tsport.az xəbər verir ki, bütün oyunlar eyni vaxtda, saat 17:00-da başlayacaq.
Günün matçlarında aşağıdakı qarşılaşmalar baş tutacaq:
- “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov
VAR: Fərid Hacıyev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Məkan: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. “Sumqayıt” bu matçda doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Ev sahibləri 30 xalla doqquzuncu sıradadır, “Turan Tovuz” isə 49 xalla dördüncü pillədə qərarlaşıb. - “Zirə” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Məkan: Zirə İdman Kompleksinin stadionu. “Zirə” evində “Sabah”la qarşılaşacaq. Ev sahibləri 70 xalla ikinci sırada yer alır, “Sabah” isə 44 xalla beşincidir. - “Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Məkan: Şamaxı şəhər stadionu. “Araz-Naxçıvan” səfərdə “Şamaxı” ilə qarşılaşacaq. Naxçıvan təmsilçisi 55 xalla üçüncü pillədədir, “Şamaxı” isə 36 xalla yeddinci sıradadır.
Tura mayın 18-də yekun vurulacaq.