Misli Premyer Liqası: “Zəfər turu”nun oyun cədvəli
Bakı, 16 oktyabr, Tsport.az
Misli Premyer Liqasında XI tur “Zəfər turu” adlanacaq. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
7 noyabr (cümə)
“Şamaxı” – “İmişli”
Şamaxı şəhər stadionu, 13:44
“Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu, 16:44
8 noyabr (şənbə)
“Araz-Naxçıvan” – “Karvan-Yevlax”
“Liv Bona Dea Arena”, 15:44
“Zirə” – “Turan Tovuz”
Zirə İK stadionu, 18:44
9 noyabr (bazar)
“Kəpəz” – “Sabah”
Qəbələ şəhər stadionu, 15:44
“Qarabağ” – “Neftçi”
“Azersun Arena”, 18:44