Misli Premyer Liqasında 26-cı tura yekun vurulub
Bakı, 10 mart, Tsport.az
Misli Premyer Liqasında 26-cı turun son qarşılaşmaları keçirilib.
Tsport..az xəbər verir ki, turun ilk oyununda “Sumqayıt” doğma meydanda “Kəpəz” komandasını qəbul edib. Matç meydan sahiblərinin üstünlüyü ilə başa çatıb – 3:0.
Bu nəticədən sonra “Sumqayıt” 25 xal toplayaraq turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. “Kəpəz” isə 22 xalla 9-cu sırada qalıb.
Qollar:
20’ – Roi Kehat
51’ – Roi Kehat
90+3’ – Nihad Əhmədzadə
Bu qələbə “Sumqayıt”ın çempionatda mövqeyini möhkəmləndirməsinə kömək edib, “Kəpəz” isə məğlubiyyətlə turnir cədvəlində geriləməyə davam edir.