Azərbaycan Futbolu

Misli Premyer Liqasında iki qarşılaşma baş tutacaq

Bakı, 4 mart, Tsport.az

Bu gün Misli Premyer Liqasının XXV turu çərçivəsində iki maraqlı oyun keçiriləcək.

Tsport.az xəbər verir ki, günün ilk matçı Tovuzda baş tutacaq. “Turan Tovuz” öz meydanında turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Zirə”ni qəbul edəcək. Görüş saat 17:30-da start götürəcək. Hazırda meydan sahibləri 42 xalla 4-cü, qonaqlar isə 45 xalla 2-ci sırada yer alır.

Axşam saatlarında daha bir maraqlı qarşılaşma baş tutacaq. Saat 19:30-da “Sabah” və “Araz-Naxçıvan” klubları üz-üzə gələcək. “Bank Respublika Arena”da oynanılacaq matçda Bakı təmsilçisi 33 xalla 5-ci, Naxçıvan komandası isə eyni xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, ötən gün “Şamaxı” səfərdə “Səbail”i, “Qarabağ” isə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib. XXV tura martın 5-də keçiriləcək “Kəpəz” – “Neftçi” matçı ilə yekun vurulacaq.