Misli Premyer Liqasında sentyabrın ən gözəl qolu kimə məxsusdur?
Bakı, 8 oktyabr, Tsport.az
Misli Premyer Liqasında sentyabr ayının ən yaxşı qolu müəyyənləşib.
Tsport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Münsiflər heyətinin qərarına əsasən, “Şamaxı”nın legioneri Andrey Tirkoveanunun IV turda “Karvan-Yevlax”a vurduğu qol ayın ən gözəli seçilib.
Bundan başqa, I Liqada “Şahdağ Qusar”ın futbolçusu Ruslan Voronsov, II Liqada isə “Şəmkir”in üzvü Tural Məmmədzadə sentyabr ayının ən yaxşı qolunun müəllifi olublar.
