Azərbaycan Futbolu

Misli Premyer Liqasında XXIX tura start verilir

Bakı, 5 aprel, Tsport.az

Bu gün Misli Premyer Liqasında IV dövrənin XXIX turuna start verilir.

Tsport.az xəbər verir ki, turun ilk oyununda “Səbail” klubu doğma “ASCO Arena”da “Turan Tovuz”u qəbul edəcək.

Qarşılaşma saat 17:00-da start götürəcək və oyunu Rəşad Əhmədovun başçılığı ilə hakim briqadası idarə edəcək. Ona Zöhrab Abbasov, Teymur Teymurov və Kamran Əliyev kömək edəcək. VAR sistemində Kamal Umudlu, AVAR-da isə Zeynal Zeynalov olacaq.

Turnir cədvəlində mövqelər isə tərəflərin motivasiyasını aydın şəkildə göstərir. Hazırda 43 xalla dördüncü sırada qərarlaşan “Turan Tovuz” avrokubok uğrunda mübarizəsini davam etdirir. “Səbail” isə 19 xalla sonuncu – 10-cu yerdə qərarlaşıb və mövsümün sonunda Premyer Liqanı tərk etməmək üçün hər xalı həyati əhəmiyyətli hesab edir.

Qeyd edək ki, XXIX tura aprelin 7-də yekun vurulacaq və bütün qarşılaşmalar azarkeşlər üçün yüksək əhəmiyyət daşıyacaq.