Misli Premyer Liqasında XXVII tura iki bu gün yekun vurulacaq
Bakı, 16 mart, Tsport.az
Bu gün Misli Premyer Liqasının XXVII turunun yekun matçları keçiriləcək.
Tsport.az xəbər verir ki, ilk oyunda “Səbail” “Neftçi” ilə qarşılaşacaq. Matç “ASCO Arena”da saat 16:00-da start götürəcək. Hazırda 28 xalla 7-ci sırada qərarlaşan “Neftçi”, 18 xalla 10-cu sırada olan “Səbail”i məğlub etməyə çalışacaq.
Turun sonuncu qarşılaşması Tovuzda baş tutacaq. “Turan Tovuz” “Sumqayıt”la Tovuz şəhər stadionunda oynayacaq. Bu oyun saat 18:30-da başlayacaq. “Turan Tovuz” 43 xalla 4-cü yerdə qərarlaşır, “Sumqayıt” isə 25 xalla 8-ci sıradadır.
Misli Premyer Liqası
III dövrə, XXVII tur
16 mart
16:00 – “Səbail” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“ASCO Arena”
18:30 – “Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu
Qeyd edək ki, XXVII turdan əvvəl “Araz-Naxçıvan” və “Şamaxı” 1:1 bərabərə qalıb, “Kəpəz” “Qarabağ”la, “Sabah” isə “Zirə” ilə 0:0 və 1:1 heç-heçəyə razılaşıb.