-->
Azərbaycan Futbolu

Misli Premyer Liqasında XXX tur bu gün yekunlaşacaq

Bakı, 13 aprel, Tsport.az

Azərbaycan futbolunun elit səhnəsində bu gün XXX tura yekun vurulacaq.

Tsport.az xəbər verir ki, günün ilk qarşılaşması Tovuzda baş tutacaq: “Kəpəz”, doğma meydanda iddialı “Araz-Naxçıvan” komandasını qəbul edəcək. Kamal Umudlunun idarə edəcəyi oyun saat 17:00-da start götürəcək.

Axşam isə Bakıda diqqətlər Neftçi Arenaya yönələcək. “Neftçi” – “Zirə” oyunu saat 19:15-də başlayacaq və görüşə Rəşad Əhmədov hakimlik edəcək.

Xatırladaq ki, XXX turun əvvəlki matçlarında bu nəticələr qeydə alınıb:

• “Qarabağ” 4:1 “Səbail”

• “Turan Tovuz” 2:1 “Sabah”

• “Şamaxı” 2:1 “Sumqayıt”