Misli Premyer Liqasında yeni mövsümə start verilib
Bakı, 15 avqust, Tsport.az
Futbol üzrə Misli Premyer Liqasının 2025/2026 mövsümünə start verilib.
Tsport.az xəbər verir ki, ilk turun açılış oyununda “Karvan-Yevlax” Şamaxı şəhər stadionunda “Qəbələ”ni qəbul edib. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş 1:1 hesabı ilə yekunlaşıb.
Qollar matçın ikinci hissəsində vurulub. “Qəbələ” 54-cü dəqiqədə Domi Massumo ilə hesabı açıb. 78-ci dəqiqədə isə “qırmızı qaralar”ın müdafiəçisi Murad Musayev avtoqol müəllifi olub.
Qeyd edək ki, turun digər oyunları 16, 17 və 19 avqust tarixlərində keçiriləcək. “Qarabağ” Çempionlar Liqasında mübarizəsini davam etdirdiyi üçün beynəlxalq oyun qaydalarına əsasən (rəsmi matçlar arasında minimum 48 saatlıq fasilə tələbi) “Sabah”la ilk tur qarşılaşması təxirə salınıb.