Azərbaycan Futbolu

Misli Premyer Liqasının püşkü atılır

Bakı, 18 iyul, Tsport.az

Bu gün Alov Qüllələrinin Üzeyir Hacıbəyli salonunda Azərbaycan Premyer Liqasının 2025-2026 mövsümü üçün püşkü atılacaq.

Tsport.az xəbər verir ki, 12 komanda ilə keçiriləcək ilk mövsüm Azərbaycan Futbolu üçün xüsusi önəm daşıyır.
Bu mövsümdə “Qəbələ” yenidən əsas liqada çıxış edəcək. “Karvan” və “İmişli” ilk dəfə eliya yüksəlib.

Beləliklə 12 komandalı Azərbaycan Premyer Liqadasının 2025-2026 mövsümünün iştirakçıları:
“Qarabağ” ; “Neftçi” ; “Zirə” ; “Sabah” ; “Araz-Naxçıvan” ; “Sumqayıt” ; “Kəpəz” ; “Şamaxı” ; “Qəbələ” ; “İmişli” ; “Karvan” ; “Turan”.

Qeyd edək ki, Tovuz təmsilçisi keçən mövsüm “Turan Tovuz” adı ilə çıxış edən klub, bu mövsüm “Turan” adı ilə çıxış edəcək.
Püşkatma 15:00-da başlayacaq və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.