Dünya Futbolu

“MLS Ulduzlar matçı”nı buraxan Messi və Alba cəza alıb

Bakı, 25 iyul , Tsport.az

İnter Mayami“nin lideri Lionel MessiMLS Ulduzlar matçı“nı buraxdığı üçün bir oyunluq diskvalifikasiya edilib.

Tsport.az xəbər verir ki, Messinin komanda yoldaşı Jordi Alba da eyni cəzanı alıb.

Messi və Alba azarkeşlərin və medianın səsverməsi nəticəsində MLS komandasının heyətinə seçilib.

“Ulduzlar matçı” iyulun 23-də Ostində keçirilib. MLS komandası Meksika çempionatının yığması ilə qarşılaşıb. ABŞ liqasının millisi 3:1 hesablı qələbə qazanıb.

MLS qaydalarına görə, “Ulduzlar matçı”nda iştirak etməkdən imtina edən futbolçular bir oyunluq diskvalifikasiya alır.

Messi və Albanın yorğunluq səbəbindən matçı buraxdığı deyilir.

Diskvalifikasiya səbəbindən futbolçular bazar günü MLS-in müntəzəm çempionatında “Sinsinati”yə qarşı keçiriləcək matçda oynaya bilməyəcəklər.