Dünya Futbolu

Mohamed Salah İngiltərə Premyer Liqasında ilin futbolçusu seçildi

Bakı, 9 may, Tsport.az

“Liverpool”-nin misirli ulduzu Mohamed Salah, İngiltərədə mövsümün ən nüfuzlu fərdi mükafatlarından birinə layiq görülüb.

Tsport.az xəbər verir ki, Football Writers’ Association (FWA) tərəfindən keçirilən səsvermədə səslərin 90 faizini toplayan Salah, İngiltərə Premyer Liqasında İlin Futbolçusu elan edilib.

Bu, Salahın karyerası ərzində üçüncü belə mükafatıdır və o, bu göstəricidə əfsanəvi fransız hücumçu Thierry Henry ilə bərabərlik əldə edib.

32 yaşlı hücumçu 2024/25 mövsümündə 49 oyuna çıxaraq 33 qol vurub və 23 assist verib. Onun liderliyi ilə “Liverpool” mövsümü çempion olaraq tamamlayıb.