Mohamed Salahın adı əfsanəvi futbolçuların siyahısında
Bakı, 24 may, Tsport.az
“Liverpool” klubunun ulduz hücumçusu Mohamed Salah, İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün ən yaxşı futbolçusu adına layiq görülüb.
Tsport.az xəbər verir ki, Misirli futbolçu mövsüm ərzində 37 oyunda 28 qol vurub və 18 məhsuldar ötürmə ilə həm komandasının, həm də liqanın ən məhsuldar oyunçularından biri olub. Onun mövsüm boyu sərgilədiyi stabil və təsirli çıxış mütəxəssislər və azarkeşlər tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, Mohamed Salah bu uğurla bir neçə əfsanəvi futbolçunun sırasına qoşulub. Daha əvvəl Thierry Henry, Cristiano Ronaldo, Nemanja Vidić və Kevin De Bruyne də Premyer Liqada iki dəfə “ilin ən yaxşısı” seçiliblər.