-->
Dünya Futbolu

Moise Kean La Liqaya gedə bilər

Bakı, 22 aprel, Tsport.az

“Fiorentina” formasını geyinən və bu mövsüm A Seriyada parlaq çıxışı ilə diqqət çəkən Moise Kean, yaxın zamanda karyerasını İspaniyada davam etdirə bilər.

Tsport.az xəbər verir ki, 25 yaşlı hücumçunun oyununu “Barcelona” yaxından izləyir və transfer ehtimalı gündəmdədir.

İtaliyalı forvard cari mövsüm ərzində 39 matçda meydana çıxıb, 23 dəfə rəqib qapılarını dəqiq nişan alıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, hazırda Serie A-nın bombardirlik siyahısında ikinci yerdə qərarlaşıb.

Kataloniya təmsilçisi gələcək mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır və Kean bu planda potensial əsas fiqurlardan biri kimi qiymətləndirilir.