Dünya Futbolu

Moise Kean “Manchester United”in radarında

Bakı, 8 may, Tsport.az

İtaliya A Seriyasının “Fiorentina” klubunda çıxış edən hücumçu Moise Kean, yay transfer pəncərəsində “Manchester United” tərəfindən yaxından izlənilir.

Tsport.az xəbər verir ki, İngiltərə təmsilçisinin 24 yaşlı forvard üçün rəsmi təkliflə çıxış edəcəyi gözlənilir.O, artıq bu mövsüm “Fiorentina”nın heyətində 41 matçda 23 qol vuraraq və 3 assistlə fərqlənərək yaxşı forması ilə diqqət mərkəzinə düşüb.

Gənc hücumçunun klubla olan hazırkı müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir. Kean daha əvvəl “Everton” və “Juventus”da da çıxış edib və Premyer Liqa təcrübəsi ilə tanınır.