MOK rəsmisi Mehman Kərimov vəfat edib
Bakı, 8 oktyabr, Tsport.az
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq Proqramlar Departamentinin rəhbəri Mehman Kərimov vəfat edib.
Tsport.az xəbər verir ki, MOK bu barədə rəsmi açıqlama yayıb.
O, bu gün səhər saatlarında uzun sürən xərçəng xəstəliyindən sonra, 52 yaşında dünyasını dəyişib.
Mehman Kərimov müxtəlif beynəlxalq yarışlarda missiya rəhbəri kimi iştirak edib, həmçinin Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin və MOK-un bir sıra komissiyalarının üzvü olub.