Monteneqro milissinin futbolçusu vəfat edib
Bakı, 20 mart, Tsport.az
Monteneqro millisinin sabiq hücumçusu Andrija Delibasiç dünyasını dəyişib.
Tsport.az xəbər verir ki, 47 yaşlı futbolçu onkoloji xəstəlikdən əziyyət çəkirdi. Xəstəlik, əməliyyatdan sonra yenidən baş qaldırıb və onun həyatını itirməsinə səbəb olub.
Monteneqro yığmasında da 21 oyunda iştirak edən Andrija Delibasiç, 6 qol vuraraq yaddaşlarda qalıb. O, həmçinin futbol sahəsindəki möhtəşəm karyerası ilə tanınırdı.