“Monterrey” klubunun müdafiəçisi 11-ci qırmızı vərəqəsini alıb
Bakı, 17 mart, Tsport.az
“Monterrey” klubunun müdafiəçisi Sergio Ramos, Meksika klubunda 5-ci oyununda qırmızı vərəqə alıb.
Tsport.az xəbər verir ki, Ramos, ölkə çempionatının 12-ci turunda “Puma” ilə keçirilən matçda rəqibini vurub.
“Monterrey” bu qarşılaşmada səfərdə 3:1 hesabı ilə qalib gəlib. Bu, Ramosun karyerasında aldığı 11-ci qırmızı vərəqə olub. Bu mövsüm isə futbolçu klubda 5 oyun keçirib və 3 qol vurub.