-->
Dünya Futbolu

“Montpellier”-“Saint-Étienne” oyunu bu səbəbə görə dayandırılıb

Bakı, 17 mart, Tsport.az

Fransa çempionatının XXVI turunda “Montpellier ” ilə “Saint-Étienne” komandaları arasında keçirilən oyun tribunadakı iğtişaşlar səbəbindən dayandırılıb.

Tsport.az xəbər verir ki, oyun 57-ci dəqiqədə dayandırılıb. Buna səbəb “Montpellier” azarkeşlərinin meydana tüstü bombaları atmaları olub.

Hazırda “Montpellier” 15 xalla turnir cədvəlində sonuncu – 18-ci yerdədir, “Saint-Étienne” isə 20 xalla 17-ci pillədə qərarlaşıb.