-->
Dünya Futbolu

Mourinho burun tutduğu üçün üç oyunluq cəzaya məruz qaldı.

Bakı, 6 aprel, Tsport.az

Fenerbahçe”nin baş məşqçisi Jose Mourinhoya, Türkiyə Kubokundakı matçdan sonra “Galatasaray” ın baş məşqçisi Okan Burukun burnunu tutmağa cəhd etdiyi üçün üç oyunluq cəza verilib.

Tsport.az xəbər verir ki, hadisə çərşənbə günü Şükrü Saracoğlu Stadionunda baş verib. Final fitindən sonra hər iki menecer hakimlərlə müzakirə edərkən, Mourinho Buruka arxadan yaxınlaşaraq burnunu çimdikləyirmiş kimi görünüb. 51 yaşlı keçmiş Türkiyə millisinin yarımmüdafiəçisi Buruk isə yerə yıxılaraq əlləri ilə üzünü tutub.

“Chelsea”,”Manchester United” və “Tottenham”ın keçmiş baş məşqçisi olan portuqaliyalı Mourinho əlavə olaraq 292,500 Türk Lirası (təxminən 5,955 funt sterlinq) məbləğində cərimələnib.

“Galatasaray”, Mourinhonu Okan Buruka “fiziki hücum” etməkdə ittiham edib. “Fenerbahçe” isə Burukun “vurulmuş kimi davrandığını” və Mourinhonu təxribata çəkmək üçün “hörmətsiz əl hərəkətləri etdiyini” bildirib.

Peşəkar Futbol İntizam Komitəsi (PFDK), Burukun hərəkətlərini nəzərə aldıqlarını və bu təxribat səbəbilə Mourinhoya verilən cəzanın azaldıldığını açıqlayıb.

Jose Mourinhonun köməkçisi Salvatore Foti isə rəqib komandanın futbolçusuna “təhqiredici ifadə” işlətdiyinə görə dörd oyunluq cəza alıb.

Aytac Mustafayeva