Mourinho keçmiş şagirdini komandasına gətirmək istəyir
Bakı, 20 mart, Tsport.az
Jose Mourinho rəhbərlik etdiyi “Fenerbahçe” klubunun qapı xəttini gücləndirmək üçün keçmiş futbolçusunu komandaya cəlb etmək istəyir.
Tsport.az xəbər verir ki, İstanbul təmsilçisi “Roma”nın 25 yaşlı serb qapıçısı Mile Sviları transfer etməyə maraq göstərir.
Mourinho daha öncə “Roma”da çalışarkən futbolçu ilə birgə işləyib.