Dünya Futbolu

Mourinho “Real Madrid”yolunda?

Bakı, 14 aprel, Tsport.az

Türkiyədə “Fenerbahçe” klubuna rəhbərlik edən Jose Mourinho üçün yeni bir dönüş ehtimalı gündəmdədir.

Tsport.az xəbər verir ki, İspaniyanın nəhəng klubu “Real Madrid”, baş məşqçi məsələsində ehtiyat plan kimi yenidən portuqaliyalı mütəxəssisin adını nəzərdən keçirir.

“El Gol Digital”ın yaydığı məlumata görə, Madrid klubunun prezidenti Florentino Perez, hazırda “Bayer Leverkusen”in sükanı arxasında olan Xabi Alonso ilə anlaşma mümkün olmadığı halda, diqqətini Mourinhoya yönəldə bilər.

İddialara əsasən, “kral klubu” 62 yaşlı çalışdırıcıya 2 mövsümlük müqavilə təklif etməyə hazırdır.

Qeyd edək ki, Jose Mourinho 2010–2013-cü illər arasında “Real Madrid”-i çalışdırmış və bu müddətdə klubla La Liga, İspaniya Kuboku və Superkubok qələbələri yaşamışdı.