Dünya Futbolu

Mourinhodan “Fenerbahçe “üçün Neymar cavabı!

Bakı, 19 avqust  , Tsport.az

“Fenerbahçe”nin baş məşqçisi Jose Mourinho, Braziliya kanalı Sporty Netə verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib. Təcrübəli çalışdırıcı, Braziliya mətbuatında yayılan “”Fenerbahçe” Neymar ilə maraqlanır” xəbərlərini qəti şəkildə təkzib edib.

Tsport.az xəbər verir ki , “Neymarın “Fenerbahçe”yə transferi söz mövzusu deyil”

Mourinho, Neymar haqqında yayılan xəbərlərə aydınlıq gətirib:

“Neymar karyerasına özü istiqamət verə biləcək səviyyədə bir oyunçudur. Avropada Çempionlar Liqasını qazandı, Ərəbistanda çempionluqlar yaşadı və böyük maliyyə qazancı əldə etdi. İndi isə Braziliyaya dönməsi, öz ehtiraslarına və Dünya Çempionatına fokuslanması daha real görünür.”

Braziliyalılar üçün Dünya Kuboku fövqəladə əhəmiyyət daşıyır. Neymar da milli komandada dəfələrlə məyusluq yaşadı. Buna görə qarşıdakı il onun üçün tam diqqət ili olacaq. “Fenerbahçe”yə transferi gündəmdə deyil.

Neymar maliyyə baxımından artıq əlçatmaz bir nöqtədədir. Bundan sonra əsas məsələ onun harada xoşbəxt olacağıdır. Bu səbəbdən Türkiyəyə yox, öz ölkəsinə dönməsi daha məntiqlidir.”

Carlo Ancelotti haqqında

Braziliya millisinin başına keçən Carlo Ancelotti barədə də danışan Mourinho, həmkarını tərifləyib:

“Carlo təkcə böyük bir baş məşqçi deyil, həm də əla bir liderdir. Neymar da onun sisteminə uyğunlaşmalıdır.”

Braziliya millisi iddiaları

Mourinho, Ancelottidən əvvəl özünün Braziliya millisiylə adı hallanmasına münasibət bildirib:

“Birbaşa təklif almadım. Dolayı yolla bir çox insanla danışdım, amma bu mövzu marağımı cəlb etmədi.”

Portuqaliya millisi arzusu

Məşhur məşqçi gələcəkdə milli komanda çalışdırmaq istədiyini də bir daha dilə gətirib:

“Bir gün Dünya Kubokunda iştirak etmək istəyirəm, amma bu Portuqaliya ilə olmalıdır. İlk təcrübəm öz ölkəmlə olacaq.”

Carlos Alberto xatirəsi

Mourinho, Porto dönəmində çalışdığı Carlos Alberto ilə bağlı maraqlı bir xatirəni də bölüşüb:

“Sadəcə 18 yaşı vardı, mənə çox ağ saç qazandırdı. Amma Çempionlar Liqası finalında qol vuraraq tarix yazdı.”

Aytac Mustafayeva