Mourinhonun vazgeçilməzi o oldu
Bakı, 8 aprel, Tsport.az
Fenerbahçedə Milan Skriniar, göstərdiyi futbolla diqqətləri üzərinə çəkib.
Tsport.az xəbər verir ki, “Fenerbahçe”li Milan Skriniar, qısa müddətdə komandaya uyğunlaşaraq, klubun sevilən oyunçusuna çevrilib. Ara transfer dövründə transfer edilən Slovak futbolçu, José Mourinhonun vazkeçilməzlərindən biri olub. Təcrübəli futbolçu, müdafiədəki kritik müdaxilələri və atdığı gollarla ön plana çıxıb.
Portuqaliyalı baş məşqçi, komandasındakı oyunçuları dəyişsə də, Skriniari dəyişənlər siyahısına əlavə etməyib. Fenerbahçe forması ilə keçirdiyi 15 matçın hamısında ilk 11-də yer alıb və hər birində 90 dəqiqə meydanda qalıb.
“Paris Saint Germain” (PSG)-dən kiralanan Skriniarın bonservisinin alınması planlaşdırılır.