Moussa Dembélé klub sahibi oldu
Bakı, 21 aprel, Tsport.az
Hazırda Al-Ettifaq FC formasını geyinən fransız hücumçu Moussa Dembélé karyerasında yeni mərhələyə qədəm qoyub.
Tsport.az xəbər verir ki, 27 yaşlı forvard Litvanın aşağı liqasında çıxış edən “Minija” klubunu satın alaraq rəsmi şəkildə klub sahibi olub.
“Minija”, hal-hazırda Litva II Divizionunda çıxış edir və ilk beş turun ardından 6 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Dembélé-nin bu addımı onun futboldan kənarda da idman sektoruna olan marağını ortaya qoyur.
Tanınmış hücumçu daha əvvəl “Celtic” (Şotlandiya), “Fulham” (İngiltərə), “Atlético Madrid” (İspaniya) və “Olympique Lyonnais” (Fransa) kimi klublarda göstərdiyi performansla yadda qalıb.