“Mövsümün əvvəlindən Premyer liqaya yüksəlmək üçün mübarizə aparırdiq” – Elmir Rəhimzadə
Bakı, 28 aprel, Tsport.az
Birinci Liqanın bitməsinə 4 tur qala “İmişli” Misli Premyer Liqasında gələn mövsüm üçün çıxışını təmin edib.
Tsport.az xəbər verir ki, komandanın üzvü Elmir Rəhimzadə bu barədə fikirlərini bizimlə bölüşüb, suallarımızı cavablandırıb.
“Əvvəlcə təşəkkür edirəm. Elitaya yüksəldiyimiz üçün çox xoşbəxtik. “Qəbələ”nin çox yaxşı komanda olduğunu bilirdik. Əsas liqa, Avropa təcrübəsi olan komandadir. Amma oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanacagimiza inanırdıq. Sevincliyik. Mövsümün əvvəlindən Premyer liqaya yüksəlmək üçün mübarizə aparırdiq. Şükürlər olsun ki, buna nail olduq. Düzdür, biraz çətin olacaq. Bu normal haldır. Amma biz hər oyuna qələbə üçün çıxacağıq. Ona görə hazırlaşacağıq. Komanda elitada ilk ili oldugu üçün düşünürəm ki, ilk növbədə orda möhkəmlənməyi düşünmək lazımdır”.
Bahar Rüstəm