Dünya Futbolu

Müllerin “Bavariya” hekayəsi sona çatır

Bakı, 5 aprel, Tsport.az

Almaniya futbolunun simvollarından biri sayılan Tomas Müller, illərdir formasını geyindiyi “Bayern München” klubundan bu mövsümün sonunda ayrılacağını açıqlayıb.

Tsport.az xəbər verir ki, 35 yaşlı hücumçu bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edib. Müller Münhen klubunda çıxışını davam etdirmək istədiyini qeyd etsə də, klub rəhbərliyinin müqaviləni yeniləməmə qərarını anlayışla qarşıladığını bildirib.

Karyerasının bütün dövrünü “Bavariya”ya həsr edən Müller, klubla birlikdə 12 dəfə Bundesliqa çempionluğu və 2 dəfə UEFA Çempionlar Liqası qalibi adını qazanıb. Bu mövsüm isə təcrübəli futbolçu 36 oyuna çıxaraq 5 qol və 5 assistlə yadda qalıb.

Müllerin “Bayern”lə vidası təkcə klub üçün deyil, dünya futbolu üçün də bir dövrün sonu deməkdir.