Munir El Haddadi İranın “Esteghlal” klubuna keçdi
Bakı, 7 sentyabr, Tsport.az
“Barcelona” akademiyasının yetirməsi olan Munir El Haddadi karyerasını İranda davam etdirəcək.
Tsport.az xəbər verir ki, 30 yaşlı hücumçu Tehran təmsilçisi “Esteghlal” ilə rəsmi müqavilə bağlayıb.
Sözləşmənin 2027-ci ilin yayına qədər qüvvədə qalacağı açıqlanıb.
Xatırladaq ki, ispan futbolçunun son klubu “Leganés” olub.